image-1backend

Almaniya kansleri Rusiya prezidentinə niyə zəng etdiyini açıqlayıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə telefon zəngi Qərb liderləri və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə razılaşdırılıb.

“Bild” qəzetinin məlumatına görə, ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron oktyabrın 18-də Berlində olarkən Olaf Şolts Vladimir Putinə zəngi barədə tərəfdaşlarını əvvəlcədən məlumatlandırıb. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya liderinə zəng edəcəyini bildirib. Kanslerin məqsədi Vladimir Putindən ABŞ-da prezident seçkiləri fonunda danışıqlara hazır olub-olmadığını öyrənmək olub.

Almaniyanın Konstitusiya və Suverenlik Şurası qeyri-hökumət təşkilatının sədri Ralf Nimayerin fikrincə, Olaf Şolts Rusiya prezidentinə zəng etməklə Ukrayna müharibəsinin sülh yolu ilə həllində maraqlı olduğunu nümayiş etdirmək istəyib.

Qeyd edək ki, Rusiya və Almaniya dövlət başçıları arasında telefon danışığı noyabrın 15-də baş tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image