Almaniyanın kansleri Fridrix Merts Türkiyə ilə Almaniya arasındakı sıx tərəfdaşlığı daha da inkişaf etdirmək istədiyini bildirib.
Bu barədə Merts rəsmi “X” səhifəsində paylaşım edib. O, iki ölkə arasında mövcud olan çoxşaxəli münasibətləri vurğulayaraq deyib: “Türkiyə ilə bizi özəl və çoxşaxəli əlaqələr birləşdirir. Xarici və təhlükəsizlik siyasəti, həmçinin miqrasiya, enerji və ticarət məsələləri bu münasibətlərin əsas istiqamətlərini təşkil edir’’.
Fridrix Merts həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini ifadə edərək deyib:“Sıx tərəfdaşlığımızı daha da genişləndirmək istəyirəm. Bu məqsədlə Ankaradayam’’.


























