Vətəninfo.az xəbər verir ki, Almaniyanın “Flog Review” jurnalı xəbər verib ki, İranın Hərbi Hva Qüvvələri özəl mərasimlə iki “Sukhoi su-35” qırıcısını qəbul edib.
Məlumata görə, döyüş təyyarələrinin hissələri ayrılaraq Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehranın Mehrabad hava limanına aparılıb və oradan Həmədan şəhəri yaxınlığındakı bazaya daşınıb. İran Hərbi Hava Qüvvələri əvvəlcə İsfahanda F-14 təyyarələrini əvəz etmək üçün yalnız Sukhoi-dan istifadə etmək niyyətində idi, ancaq İranın Sukhoi-35-in sifarişi 25-dən 50-yə yüksəlib.