Almaniya Federal Parlamentinin üzvləri bəyanat yayaraq HƏMAS-ın İsrailə qarşı hücumlarını pisləyərək, Almaniya hökumətindən SEPAH-a təzyiqləri artırmağı və onun destruktiv fəaliyyətinə qarşı fəal işləməyi tələb ediblər.
Vətəninfo.az xəbər verir ki, Livanın Hizbullah hərbi-siyasi təşkilatını yaratdığına görə İslam Respublikasına qarşı daha çox sanksiya tətbiq etmək və SEPAH-ı terrorçu qruplar siyahısına salmaq Almaniya Parlamentinin bu ölkə hökumətindən tələbləri sırasındadır.


























