image-reklam-veteninfo
image-1backend

Almaniya Polşaya təzminat ödəməkdən imtina etdi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Almaniya hökumətinin Polşa üzrə nümayəndəsi Knut Abraham bildirib ki, Berlin İkinci Dünya Müharibəsində Polşaya dəymiş ziyana görə təzminat ödəmək əvəzinə, Varşavaya təhlükəsizlik zəmanəti verə bilər.

Polşa prezidenti Karol Nawrockinin Almaniyaya səfəri ərəfəsində Abraham RND nəşrinə açıqlamasında bildirib ki, təzminat məsələsi qanuni baxımdan artıq həll olunub. Onun sözlərinə görə, nasist rejiminin II Dünya Müharibəsində törətdiyi cinayətlər nəzərə alınaraq, Almaniyanın Polşa qarşısındakı öhdəliklərinin müasir şərhinin verilməsi vacibdir.

Almaniya nümayəndəsi həmçinin vurğulayıb ki, Almaniya və Polşa bir-birini həm hərbi, həm də maliyyə baxımından dəstəkləməlidir:
“Polşanın təhlükəsizliyinin gücləndirilməsi — istər maliyyə yardımı, istər silah sistemləri, istərsə də Bundesver bölmələrinin yerləşdirilməsi — eyni zamanda Almaniyanın təhlükəsizliyinin güclənməsinə xidmət edir.”

Qeyd edək ki, Polşanın hakim Qanun və Ədalət Partiyası 2015-2023-cü illərdə Almaniyadan İkinci Dünya Müharibəsində dəymiş ziyana görə təzminat ödənilməsi tələbini yenidən qaldırmışdı. 1 sentyabr 2022-ci ildə Polşada dərc edilən hesabatda faşist Almaniyasının 1939-1945-ci illərdəki hücum və işğalı nəticəsində ölkənin ümumi zərərinin 6,2 trilyon zloti (təxminən 1,5 trilyon dollar) olduğu qiymətləndirilib.

Bununla belə, Almaniya hökuməti dəfələrlə bildirib ki, Polşa 1953-cü ildə təzminatlardan rəsmi olaraq imtina etdiyi üçün ödəniş tələb etmək hüququ yoxdur. Donald Tuskun rəhbərlik etdiyi yeni Polşa hökuməti isə bu böyük məbləğdə təzminat tələb etməmək qərarına gəlib və Almaniyaya dəymiş ziyanın kompensasiyası üçün “yaradıcı həll yolları” tapmağı təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki