image-resizebackend

Almaniya prezidenti buna görə Türkiyəyə gəldi 

image-reklam_sirab_01

Ankarada Türkiyə və Almaniya prezidentləri arasında görüş baş tutub.

Vətəninfo.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan Almaniya prezidenti Ştaynmayerlə görüşərək Yaxın Şərqdəki mövcud vəziyyəti və sülhün qorunmasında beynəlxalq ictimaiyyətin rolunu müzakirə edib.

Birgə mətbuat konfransında Ərdoğan Qəzza zolağında münaqişənin genişlənməsindən narahat olduğunu bildirib və atəşkəsin qorunması və regionda sabitliyin təmin edilməsində beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Həmçinin ikitərəfli əməkdaşlığın mühüm məsələləri, o cümlədən terrorizmlə mübarizə, qeyri-qanuni immiqrasiya, viza rejimi və Almaniyadakı türk icmasının hüquqları müzakirə edilib.

Görüş zamanı iqtisadi əlaqələrin dərinləşdirilməsi, o cümlədən Gömrük İttifaqı və ölkələr arasında vizasız rejim mövzusu da müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image