Almaniya prezidenti Frank-Valter Ştaynmayer Varşava üsyanının 80-ci ildönümü ərəfəsində İkinci Dünya Müharibəsi zamanı nasional-sosialistlərin törətdiyi cinayətlərə görə polyaklardan üzr istəyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Deutsche Welle-nin rus xidməti yazır.Almaniya prezidenti Polşa paytaxtının mərkəzi meydanında yüzlərlə dinləyicinin və Polşa prezidenti Anjey Dudanın iştirakı ilə keçirilən anım tədbiri zamanı deyib: “Mən burada və bu gün üzr istəyirəm. Ştaynmayer vurğulayıb: “Biz almanların qonşu ölkəyə hansı əzab-əziyyətlər verdiyini, alman işğalçılarının bütün əhaliyə qarşı hansı qəddarlıqla və məhv etmək istəyi ilə hərəkət etdiyini unutmamalıyıq və unutmayacağıq”. Almaniya prezidentinin sözlərinə görə, nasional-sosialistlərin imperializmi və irqçiliyi “dəhşətli cinayətlərə” gətirib çıxarıb ki, onlara qarşı qiyam iştirakçıları çıxıblar. O əlavə edib ki, gələcək üçün keçmişdən dərs çıxarmaq lazımdır.


























