image-1backend

Almaniya Rusiyadan gələn  təbii qazın qəbulunu qadağan edib-FT

image-reklam_sirab_01

Almaniyanın İqtisadiyyat Nazirliyi mayeləşdirilmiş təbii qazın dövlət operatorundan (DET) “Rusiya maye qazının heç bir tədarükünü qəbul etməməyi” tələb edib. Vətəninfo.az xəbər verir ki, Times, nazirliyin 6 noyabr tarixli məktubuna istinadən xəbər verir.

Şirkət Brunsbütteldəki terminalın noyabrın 17-də Rusiyadan mayeləşdirilmiş təbii qaz yükünü qəbul etmək niyyətində olduğunu hökumətə bildirdikdən sonra nazirlik qadağa barədə DET-i məlumatlandırıb. 

Nazirliyin məktubuna əsasən, yüklərin qəbuluna qadağa “dövlət maraqlarını qorumaq” məqsədi daşıyır və “sonrakı xəbərdarlıq edilənədək” qüvvədə olacaq.

Avropa ölkələri neft və kömürdən fərqli olaraq Rusiyadan maye qazın alınmasına rəsmi qadağa qoymayıb. Kpler-ə görə, Rusiya Federasiyası təxminən 20% bazar payı ilə Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ikinci ən böyük tədarükçüsüdür. fevral ayından bəri Rusiyadan birbaşa maye qaz yükləri almayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image