Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı Ukraynaya 1,3 milyard avro məbləğində növbəti hərbi yardım paketini açıqlayıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “İnterfaks” Bild qəzetinə istinadən xəbər verir.
Bundan əvvəl Pistorius Ukraynaya gözlənilməz səfərlə gəlmişdi. Bu, Pistoriusun müdafiə naziri vəzifəsinə gələndən sonra Ukraynaya ikinci səfəridir.
Noyabrda alman mətbuatı yazıb ki, onların məlumatlarına görə, Almaniya hökuməti 2024-cü ildə Ukraynaya 8 milyard avro hərbi yardım ayırmaq niyyətindədir. Bu, əvvəlcə planlaşdırıldığından iki dəfə çoxdur.