image-1backend

Almaniyada 700 nəfər  İrana casusluqda şübhəli bilinir 

image-reklam_sirab_01

Almaniya Berlindəki “Əl-Mustafa Universiteti” ilə bağlı böyük bir casus qalmaqalını araşdırır.
Vətəninfo.az “Bild” nəşrinə istinadən xəbər verir ki, İrana casusluqda 700 nəfər iştirak edir.
Almaniyanın xüsusi xidmət orqanları universitetin Berlin bölməsinin SEPAH-ın xüsusi təyinatlı Qüds qanadı üçün işə qəbul platforması kimi istifadə edilib-edilmədiyini fəal şəkildə araşdırır.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, dünya üzrə filialları olan “Mustafa Beynəlxalq Universiteti”ndən SEPAH-ın Qüds qanadı tərəfindən agentləri cəlb etmək və kəşfiyyat əməliyyatları aparmaq, o cümlədən paramilitar qüvvələrə insanları cəlb etmək üçün istifadə edildiyi iddia edilir.

“BILD”-in məlumatına görə, müstəntiqlər bütün şübhəliləri üç qrupa ayırıblar: 63 alman pasportu olan şəxs, 551 Əl-Mustafa Universitetinin “Almaniya ilə əlaqəsi” olan tələbə və 78 “Almaniyadan gələn kursant”.

Kəşfiyyat xidmətlərinin işi üzrə ekspert Kristof de Vries bildirib ki, Almaniya hakimiyyəti uzun illər ABŞ və Kanadanın sanksiya siyahılarında olan bu institutu niyə əvvəllər bağlamadıqlarını izah etməlidir.

Onun sözlərinə görə, İran universiteti “terrorçuluq üçün qüvvələr toplayan mərkəzi qurumdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki