image-1backend

Almaniyada bu hava limanı fəaliyyətini dayandırdı

image-reklam_sirab_01

Almaniyanın Köln-Bonn hava limanı  fəaliyyətini müvəqqəti dayandırıb.

Vətəninfo.az  xəbər verir ki , bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb.Son Nəsil qrupunun iqlim fəalları bu həftə Almaniyanın dörd hava limanında nümayişlər keçirəcəklərini və nəqliyyatın hərəkətini dayandıracaqlarını vəd ediblər. Onlar Köln və Ştutqart hava limanlarında uçuş-enmə zolağının necə bağlandığını əks etdirən videoları paylaşıblar. Qrup həmçinin Berlin və Nürnberq hava limanlarında nəqliyyatın qarşısını aldığını açıqlayıb.İqlim fəalları X sosial şəbəkəsində yazıblar ki, milyardlarla insanın həyatı risk altındadır, lakin hələ də nəsə etmək olar. Onlar “Neft öldürür” təşəbbüsünə qoşulmağa çağırıblar.“Sonuncu nəsil” qrupu 2021-ci ildə yaradılıb. Almaniyada onların nümayişləri əsasən nəqliyyatla bağlı siyasətlərə diqqəti cəlb etmək məqsədilə yolların və uçuş-enmə zolaqlarının bağlanmasına yönəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki