image-reklam-veteninfo
image-1backend

Almaniyada İrana casusluqda şübhəli şəxs həbs olundu

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Almaniya Federal Prokurorluğu İranın xeyrinə casusluqda şübhəli bilinən Əfqanıstan əsilli Danimarka vətəndaşı “Əli S.”in həbs edildiyini açıqlayıb. 53 yaşlı şəxs Karlsrue Federal Ali Məhkəməsinin qərarı ilə mühakiməyə qədər həbsdə saxlanılacaq.

Məlumata görə, “Əli S.” ötən ilin iyun ayında Berlində yəhudi icmasına bağlı üç binanı müəyyənləşdirib, şəkillərini çəkib və mümkün hücumlara hazırlıq məqsədilə kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Onun 2025-ci ilin əvvəlindən İranın kəşfiyyat orqanları tərəfindən yönləndirildiyi bildirilir. Şübhəli təxminən üç həftə öncə Danimarkanın Orhus şəhərində Almaniyanın hüquq-mühafizə orqanlarının tələbi ilə saxlanılıb və Almaniyaya ekstradisiya olunub.

İddialara cavab olaraq İranın Berlindəki səfirliyi bu ittihamları “əsassız və təhlükəli” adlandırıb. Səfirlik bunun İsrailin İrana qarşı hücumlarını ört-basdır etmək məqsədi daşıdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki