Bild xəbər verir ki, Solingendə terror aktını törədən terrorçu deportasiya edilməli idi, lakin alman rəsmiləri bunu etməyiblər.
İsa əl-Həsən əvvəllər kəşfiyyat xidmətlərinin və polisin diqqət mərkəzində olmamışdı. Alman səlahiyyətliləri bunun İŞİD-in yeni strategiyasının əlaməti olduğundan ehtiyat edirlər.
Bu baxımdan, miqrasiya və təhlükəsizlik məsələlərinə cavabdeh olan Almaniya orqanlarının davranışı getdikcə daha çox suallar doğurur. Məlum olub ki, 2022-ci ildə qeyri-qanuni yollarla Almaniyaya daxil olan İsa əl-Həssan 2023-cü ilin əvvəlində Bolqarıstana deportasiya edilməli idi, lakin məsul məmurlar praktiki olaraq qanunvericiliyə əməl etməyə və suriyalını deportasiya etməyə cəhd etməyiblər. BILD öyrənib ki, immiqrasiya rəsmiləri əl-Həsanın mənzilinə cəmi bir dəfə baş çəkib, lakin o, evdə olmadığı üçün məmurlar sadəcə olaraq oranı tərk ediblər.
Üstəlik, Almaniyaya qeyri-qanuni yollarla daxil olan şəxsə sonradan federal miqrasiya idarəsi tərəfindən “müvəqqəti müdafiə”, yəni ölkədə qalmaq hüququ verilib.