Almaniyanın Bremen şəhərində erməni əsilli Türkiyə vətəndaşı, Koreya müharibəsinin veteranı Minas Kaya dünyasını dəyişib. Ölümündən əvvəl Minas, bir Qazi kimi, cənazəsini Türkiyə bayrağına bürünməsini vəsiyyət edib.
Onun qızı mərhumun son vəsiyətini həyata keçirib. O sosial şəbəkədə “Atamın yeganə son vəsiyyəti Türkiyə bayrağına sarılıb son səfərinə getmək olub. Biz bunu bacardıq”, yazıb.