image-reklam-veteninfo
image-1backend

Almaniyanın ən böyük kimya zavodunda partlayış olub

image-reklam-veteninfo

Almaniyanın Lüdviqshafen şəhərində BASF-ə məxsus ən böyük kimya zavodunda partlayış baş verib.

Vətəninfo.az “RİA Novotsi”yə istinadən xəbər verir ki , bu barədə Bild yazır.“İyulun 29-da, təxminən saat 12:00-da Almaniyanın ən böyük kimya fabrikində partlayış baş verib”, mətndə deyilir.Yazıda vurğulanır ki, hadisə nəticəsində 14 işçi yüngül bədən xəsarətləri alıb, fabrikin klinikasına yerləşdirilib.Əvvəlcə şəhər rəhbərliyi və yanğınsöndürənlər havada yanma məhsullarının olması səbəbindən təhlükə barədə xəbərdarlıq etsə də, sonradan onu ləğv ediblər.Baş verənlərin səbəbləri hələlik məlum deyil.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki