Qazaxıstanın Almatı şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir keçiriləcək.
Yenicag.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Foruma Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə, Türkiyənin Almatı şəhərindəki baş konsulu Evren Müderrisoğlu, Türkiyənin Çimkənd şəhərindəki fəxri konsulu, DATÜB İdarə Heyətinin üzvü Latıpsha Assanov, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədri, tanınmış yazıçı Oljas Süleymenov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzə, Qazaxıstanın Əməkdar elm xadimi, professor Ərpolat Əliyəddinoğlu, “Goodwill AqNiet” İctimai Fondunun direktoru Adlet Kumar, Turan Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya Ali Məktəbinin direktoru Altınay Tuleuvna Muxambedyarova, “Qazaxıstanın Art Forumu” Beynəlxalq Yaradıcılıq Təşkilatının baş direktoru Yernazar Gimarat, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İpəkyolu” İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, “Axısxa” qəzetinin baş redaktoru Rövşən Məmmədoğlu, tarix üzrə fəlsəfə doktoru İqor Krupko, “Ata Yurd” (Nomad) İctimai Birliyinin sədri Süleyman Əhmədov, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının (QAA) Almatı şəhər təşkilatının sədri Qəhrəman Sadıyev, UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin sədr müavini Səltənət Aşimova, Qarabağ qazisi, “Veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı, Azərbaycan Turizm Assosiasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Rəhman Quliyev, Qazaxıstanda fəaliyyət göstərən iş adamlarımız Amil Yusifov, Əsədulla Ələsgərov, Ehtiram Şabanov və Qazaxıstanın tanınmış elm adamları, siyasi xadimləri, müharibə veteranları və gənclər qatılacaq.
Forum çərçivəsində Ulu öndər Heydər Əliyevin doğumunun 102-ci ildönümü ilə bağlı sərgi də təşkil olunacaq. Sərgidə Heydər Əliyevin Mərkəzi Asiya və türk respublikaları ilə bağlı siyasətini özündə əks etdirən görüntülər yer alacaq.
Bununla yanaşı, Qərbi Azərbaycandakı mədəni-tarixi irsimizi əks etdirən fotolar da sərgidə nümayiş etdiriləcək.