Azərbaycan Milli Elmlər Akademiyasında Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyi münasibətilə keçirilən yığıncağa görə Türkiyənin Mərmərə Qrupu Fondunun prezidenti Dr. Akkan Suver tərəfindən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə məktub göndərilib.
Məktubda deyilir:
“Hörmətli Prof. Dr. İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Bakı – Azərbaycan
Əziz dostum,
Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən Prof. Dr. Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsindən çox məmnun olduğumuzu ifadə edir və minnətdarlığımızı bildiririk.
Bu arada, Mərmərə Qrupu Fondundakı həmkarlarım adından, keçirdiyiniz Əziz Səncər Yığıncağına görə Sizə və hörmətli akademik həmkarlarımıza təşəkkürümüzü və təbriklərimizi çatdırmaq istəyirəm. Nobel mükafatı laureatı, professor Əziz Səncər Türkiyənin, Azərbaycanın və Türk dünyasının qürurudur.
Xatırladığınız kimi, Mərmərə Qrupu Fondunun 40 illik yubileyi münasibətilə 2025-ci ildə Prof. Dr. Əziz Səncərə HEYDƏR ƏLİYEV – TÜRK DÜNYASI MÜKAFATI təqdim etmişik. Mükafatı bizim adımızdan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov təqdim etmişdi.
Zati-alilərinizi bir daha təbrik edir və İstanbuldan sevgi və hörmətimizi bildiririk.
Hörmətlə,
Dr. Akkan Suver
Prezident”


























