Polşanın Sventoszov qəsəbəsində mindən çox amerikalı əsgərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş hərbi bazanın tikintisi başa çatıb. Vətəninfo.az xəbər verir ki , bu barədə Polşanın PAP xəbər agentliyi məlumat yayıb.
Baza təlim məqsədləri üçün gələn müttəfiq qoşunların müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulub. Bununla belə, orada növbələri həyata keçirən bölmələr də yaradıla bilər. Ehtimal olunur ki, hərbi baza həm də tədarükün təcili toplanması və bölüşdürülməsi və taktiki toplanış ərazisinə köçürüləcək hərbi texnikanın yerləşdirilməsi üçün istifadə oluna bilər.


























