image-reklam-veteninfo
image-4backend

Amerika silahları ilə yüklənmiş ilk təyyarə İsrailə çatıb

image-reklam-veteninfo

Amerika silahlarının ilk partiyası İsrailə gəlib. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) X sosial platformasındakı səhifəsində məlumat yayıb.

 

“Bu gün (red.: 10 oktyabr) axşam saatlarında ABŞ-ın silahlarını daşıyan ilk təyyarə İsrailin cənubunda yerləşən Nevatim aviabazasına çatıb”, – mesajda deyilir.

İDF əlavə edib ki, İsrail və ABŞ hərbi qurumları arasında əməkdaşlıq “müharibə zamanı regional təhlükəsizlik və sabitliyin təmin edilməsinin əsas hissəsidir”.

Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Vaşinqtona “davamlı və birmənalı dəstəyə” görə təşəkkür edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki