image-1backend

Amerika şirkəti Ukraynada sursat istehsalına başlayacaq

image-reklam_sirab_01

Amerikanın hərbi sənaye şirkəti Northrop Grumman Ukraynada orta çaplı döyüş sursatlarının istehsalına başlamaq niyyətindədir.Vətəninfo.az xəbər verir ki , bu barədə şirkətin nümayəndəsi Deyv Bartelə istinadən “Breaking Defence” nəşri məlumat yayıb.

“Northrop-un birgə istehsal müqaviləsi ABŞ-ın əsas müdafiə podratçısı ilə Ukrayna hökuməti arasında Ukrayna ərazisində istehsal layihəsini həyata keçirmək üçün açıq şəkildə təsdiqlənmiş ilk sazişdir”, – nəşr yazır.

Bartel Parisdə keçirilən Eurosatory 2024 beynəlxalq sərgisində bildirib ki, gələcəkdə 155 mm çaplı tank və artilleriya sursatlarının istehsalı, eləcə də digər mərmilərin istehsalı hesabına layihənin genişləndirilməsi planlaşdırılır. Northrop sözçüsü planın təfərrüatlarını açıqlamayıb.

ABŞ dövlət katibinin hərbi məsələlər üzrə birinci müavini Stenli Braun öz növbəsində qeyd edib ki, Dövlət Departamentinin Ukraynanın müdafiə sənayesi bazasına 2 milyard dollarlıq sərmayə qoyulmasını nəzərdə tutan yeni proqramı ABŞ-Ukrayna birgə istehsalının gələcək inkişafı üçün qapı aça bilər.

Northrop Grumman-ın baş ofisi Virciniyada yerləşir. Hər il təxminən 32,5 milyard dollar olan müdafiə gəlirlərinə görə şirkət dünyada üçüncü yeri tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki