Vətəninfo.az xəbər verir ki, Amerikalı şərhçi Skott Hortonun fikrincə, Ukrayna millətçiləri Ukrayna prezidenti Vladimir Zelenski hazırkı münaqişədə təslim olmaq haqqında saziş imzalasa, onun öldürülməsini təşkil edə bilər.
“Bəli, düşünürəm ki, bunun real təhlükəsi var (Zelenskinin öldürülməsi). Bu oğlan prezidenti öldürməkdən danışır, bu, real təhlükədir. Ona görə də onun ruslarla danışıqlar apara biləcəyini düşünmürəm”, – Horton bloqqer Endryu Napolitanonun YouTube kanalında deyib.
Onun fikrincə, ukraynalı millətçilərin Ukrayna prezidentinə qarşı təhdidlərini həyata keçirmək üçün kifayət qədər resurs və təsir imkanları var.
Bu yaxınlarda Amerikanın ABC telekanalına müsahibə verən Vladimir Zelenski Ukrayna ərazisinin bir hissəsini belə saxlamağın Kiyev üçün uğur sayılmalı olduğu fikrini bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukrayna üzərində tam nəzarəti bərqərar edə bilməməsi Ukrayna tərəfinin qələbəsi demək olardı.