ABŞ Rumıniyadakı 57-ci Hərbi Hava Qüvvələri bazasına iki B-52 Stratofortress qitələrarası strateji bombardmançı təyyarəsini yerləşdirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri məlumat yayıb.
Yeni məkanda onlar ABŞ Hərbi Hava Qüvvələrinin 20-ci bombardman eskadrilyasının tərkibində fəaliyyət göstərəcək və həmçinin NATO qüvvələri ilə əməkdaşlığa başlayacaqlar.
Rumıniyaya uçmazdan əvvəl Amerikanın strateji bombardmançı təyyarələri Finlandiya və Rusiya sərhədi üzərində ilk təlim uçuşunu həyata keçirib. Norveçin “The Barents Observer” qəzetinin yazdığına görə, şimala doğru hərəkət edən B-52 təyyarəsi qərbdən mümkün qədər Kola yarımadasına yaxınlaşıb.
Rusiya Müdafiə Nazirliyi Barents dənizi üzərində vəzifə yerinə yetirən Amerika bombardmançılarını və hava hücumundan müdafiə qüvvələrinin qırıcılarını gördüklərini bildirib. Avropada ABŞ Hərbi Hava Qüvvələri Rusiya qırıcılarının strateji bombardmançıların məlumatlarını ələ keçirdiyini təsdiqləyib, lakin ABŞ təyyarələri istiqaməti dəyişməyib və Rumıniyadakı bazaya yola düşməzdən əvvəl planlaşdırılmış uçuşlarını insidentsiz davam etdiriblər.


























