Vətəninfo.az xəbər verir ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstək məqsədilə uşaqpulunun bərpasını yenidən bərpa etmək üçün addım atmaq niyyətindədir.
Artıq bir neçə ildir ki, ölkənin müxtəlif sosial ekspertləri,Milli Məclisin bir çox üzvüləri uşaqpullarının bərpası ilə bağlı davamlı çıxışlar etməkdədirlər.
Redaksiyamıza daxil olan məlumata görə, parlamentin müxtəlif komitələrində,eyni zamanda Milli Məclisin plenar iclaslarında parlamentarilərin hpkumət üzvüləri qarşısında qaldırdığı problem 2025-ci ilin sonu,2026-cı ilin əvvəllərində öz həllin tapa bilər.
Daxil olan məlumata görə, Azərbaycan hökuməti sosial yardım adı altında aztəminatlı ailələrə verilən müavinətlərin səmərəsizliyi qənaətindədir və bu layihənin elə də uğurlu alınmadığın düşünür.
Məlumata görə, bu səbəbdən də uşaqpullarının verilməsi üçün artıq yeni bir proqram hazırlanmaqda.
Qeyd edək ki, uşaqpulu verilməsi mexanizimi dünyanın bir çox ölkəsində həyata keçirilir ki,bu da aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılmasına və uşaqların sosial qayğılarının ailələri tərəfindən qisməndə olsa həllinə şərait yaradır.