Azərbaycan Respiblikasının Minatəmizləmə Agentliyinə (ANAMA) üç yeni minaaxtaran it təqdim olunub.
Vətəninfo.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, itlərin quruma təqdimatı mərasimində həmçinin mina təhlükəsi ilə bağlı maarifləndirmə də aparılacaq:
“Tədbirin məqsədi həm də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üçün təhlükəsizliyin təmin edilməsi istiqamətində aparılan işlərin ictimaiyyətə təmin olunmasıdır. Böyük Qayıdışın təhlükəsizlik olmadan təmin edilməsi mümkün deyil. Ona görə də ANAMA-nın bu istiqamətdə həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına dəstək göstəriləcək”.
R.Hacıyev bildirib ki, bu təşəbbüsün davamlı olacağına inanır:
“Ümid edirəm ki, ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər də bu prosesə qoşulacaqlar. ANAMA-ya daha çox minaaxtaran itlərin alınması və ümumilikdə maddi-texniki təminatın gücləndirilməsində dəstək vacib məsələdir”.