image-1backend

Ankarada da gediş haqqı bahalaşdı

image-reklam_sirab_01

Ankarada ictimai nəqliyyatda gediş haqqı əhəmiyyətli dərəcədə artıb. Vətəninfo.az xəbər verir ki, Ankara Bələdiyyəsi nəqliyyat qiymətlərinin artırılmasını müzakirə etmək üçün toplantı keçirib.

Müvafiq olaraq, 16 fevral 2025-ci il tarixindən etibarən nəqliyyat biletlərinin qiyməti 21 lirədən 26 lirəyə (1 manat 20 qəpik), tələbə bileti isə 16 lirəyə (75 qəpik) yüksələcək. Tələbələr üçün aylıq limitsiz abunə kartının qiyməti 350 lirə(16 manat 45 qəpik) olub.

Yuxarıda göstərilən qiymət artımları nəticəsində biletlərin ümumi dəyəri 23,8% artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image