image-23backend

Antalya limanında gəmiqayırma zavodu yanır

image-reklam_sirab_01

Türkiyənin Antalya limanında yerləşən gəmiqayırma zavodunda yanğın baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, yanğın mayın 15-də axşam saatlarında azad ticarət zonasında naməlum səbəbdən baş verib. Şəhərin müxtəlif yerlərindən qara tüstü buludları görünür. Yanğınsöndürmə işlərində çoxlu yanğınsöndürmə briqadaları iştirak edir, əməliyyata helikopter də cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki