Vətəninfo.az xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu il Antalyaya gələn turistlərin sayının 15 milyon 300 mini keçdiyini açıqlayıb. Kəmər rayonunda keçirilən toplantıda çıxış edən Mehmet Nuri Ersoy cari ilin yanvar-sentyabr ayları arasında şəhərə gələn turistlərin sayının 14 milyonu keçdiyini qeyd edib.
Oktyabrın 18-dək Antalyaya gələn turistlərin sayının 15 milyon 300 mindən çox olduğunu bildirən nazir, keçən ilin eyni dövrü ilə müqayisədə şəhərə gələn turistlərin sayında 8 faiz artım olduğunu deyib.