Vətəninfo.az xəbər verir ki, Antalyada bütün zamanların turist rekordu qırıldı.
2024-cü ildə şəhərə gələn ümumi ziyarətçi sayı 17 milyon 278 min 103 olaraq qeyd edildi.
Bununla da Antalya bir ildə ev sahibliyi etdiyi ümumi ziyarətçi sayında rekorda çatdı.
2024-cü ildə Antalyaya gələn turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.