image-000backend

Antonio Quterreş: ”Bu dünya üçün yaxşı xəbərdir”

image-reklam_sirab_01

BMT-nin baş katibi Antonio Quterreş BMT-nin Nyu Yorkdakı qərargahında taxıl sazişinin uzadılması ilə bağlı jurnalistlərə açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, Antonio Quterreş taxıl sazişinin müddətinin uzadılmasını alqışlayıb və bunu mühüm hadisə adlandırıb.

Sazişin  iyulun 18-ə qədər uzadılmasını müsbət qarşıladığını bildirən Antonio Quterreş deyib: ”Taxıl sazişinin uzadılması dünya üçün yaxşı xəbərdir”.

Antonio Quterreş sazişlə bağlı bəzi problemlərin davam etdiyini və Rusiya, Ukrayna, Türkiyə və BMT-nin bu məsələləri müzakirə etməyə davam edəcəyini bildirib.

Sazişi təkmilləşdirmək, genişləndirmək  üçün hərtərəfli razılaşmaya ümid etdiyini vurğulayan Antonio Quterreş danışıqları müsbət atmosferdə aparan tərəflərə təşəkkür edib.

BMT-nin baş katibi Quterreş deyib: “Mən Prezident Ərdoğana və Türkiyə hökumətinə BMT ilə koordinasiyada çalışdıqları üçün təşəkkür edirəm”.

Taxıl sazişi və BMT ilə Rusiya arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətinin çox açıq olduğuna diqqət çəkən Antonio Quterreş deyib: “Bu razılaşmalar qlobal ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Taxıl sazişi çərçivəsində 30 milyon ton taxıl ixrac edilib”.

Antonio Quterreş taxıl sazişi sayəsində bazarın daha stabil hala gəldiyini və qlobal ərzaq qiymətlərinin son bir ildə 20 faiz azaldığını ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki