Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada yaşananların anlaşılmaz və qəbuledilməz olduğunu ifadə edərək Qəzzadakı hər yerin potensial ölüm zonası olduğunu deyib.
Vətəninfo.az xəbər verir ki, Antonio Quterreş rəsmi ”X” internet səhifəsində Qəzza ilə bağlı paylaşım edib.
Qəzzada yaşanan qarşıdurma səviyyəsinin anlaşılmaz və qəbuledilməz olduğunu bildirən Antonio Quterreş bölgədə təhlükəsiz yer olmadığını vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının baş katibi tərəfləri siyasi cəsarət və iradə nümayiş etdirərək razılığa gəlməyə çağırıb.