“Bizim milli qırmızı xətlərimiz var ki, onları heç bir şəkildə keçmək olmaz. Digər tərəfdən, biz planetdə qonşu dövlətlə uzunmüddətli münaqişə yaşayan ilk və ya sonuncu insan deyilik. Həmişə müharibədə ölən əsgərlərimizin xatirəsini ehtiramla yad etməklə, həlak olanların valideynlərinin yaxınlarını düşünməklə vətənimiz üçün öz borcumuzu hiss etməliyik. Biz regionda davamlı sülh qurmağa hazırıq”.
Veteninfo.az xəbər verir ki,bunu Ermənistanın xarixi işlər naziri Ararat Mirzoyan bildirib.
Erməni mediası xəbər verir ki,müxalifətin iqtidarın xarici siyasətində uğursuzluğa düçar olması və Türkiyə ilə dialoqu tənqid etməsi ilə bağlı qiymətləndirməsinə münasibət bildirən Ararat Mirzoyan isə müxalifətin müxtəlif məsələlərlə bağlı fikirlərini şərh etmək istəmədiyini, lakin son dövrlərdə müxtəlif hökumətlərin gördüyü işləri xatırladıb: ““Eyni müxalifətdən soruşun ki, necə olub ki, 90-cı illərin sonundan elə bir il olmayıb ki, Ermənistan-Türkiyə dialoqu istiqamətində danışıqlar, müzakirələr, yazışmalar, təmaslar olmayıb. O nağılları bir kənara qoyun, təbliğ etməyin, fərqli adamların özünü müxalifət elan etməsinə imkan verməyin. Aldanaraq yaşamaq kifayətdir. Başımıza gələn faciə böyük özünü aldatmağın nəticəsidir. Reallıqla birbaşa üzləşməli, bir-birinizlə birbaşa danışmalısınız və heç nəyi gizlətməməlisiniz. İllərlə nəyisə danışıq aparmağa getməməli, sonra isə evdə fərqli platformalardan tamam fərqli nəsə elan etməməli, başqa kampaniya aparmalısan”.


























