image-reklam-veteninfo
image-1backend

Ararat Mirzoyan Hakan Fidanla qiyabi mübahisə edib

image-reklam-veteninfo

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ankara Yerevanla münasibətləri normallaşdırmağa hazır olacaq.

Bu barədə şərh verən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının və sərhədlərin açılmasının, eləcə də Azərbaycanla sülhün daha da institusionallaşdırılmasının vacibliyini vurğulayıb.

O, Türkiyə və Azərbaycanla proseslərin bir-birindən asılı olmadığını, lakin Türkiyə istiqamətində irəliləyişin Bakı ilə münasibətlərin normallaşmasına da müsbət təsir göstərə biləcəyini qeyd edib.

Mirzoyan xatırladıb ki, Vaşinqton sammitində kommunikasiyaların açılması prinsipləri – ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq – razılaşdırılıb.

Bu çərçivədə yaradılan TRIPP marşrutu Azərbaycanı Naxçıvanla, Ermənistanı xarici dünya ilə birləşdirmək və regional əlaqələri genişləndirmək üçün nəzərdə tutulub. Onun sözlərinə görə, Ermənistan bu layihəni tez bir zamanda başlatmaq üçün fəal şəkildə çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki