Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir.
Vətəninfo.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı rüsumlar müəyyənləşir:
– Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;
– Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;
– Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;
– Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 50 manat;
– Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə – 100 manat.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.