Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədianı qəbul edib.
Regional proseslər və Ermənistan-İran əməkdaşlığının perspektivləri müzakirə edilib. İqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərinə də toxunulub, infrastrukturun inkişafı proqramları ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistanın baş naziri Nikol Paşinyan da İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədyanı qəbul edib.
Əhmədiyanın baş nazir Nikol Paşinyanla da görüşü gözlənilir.