image-timthumbbackend

Artıq Ermənistan Rusiyanın caynağından xilas olur –  alman deputat

image-reklam_sirab_01

“Artıq Ermənistan Rusiyanın caynağından xilas olur. Rusiya Ermənistanı tərk edir”  –Vətəninfo.az xəbər verir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot deyib.

O, Rusiya rəsmilərinin Aİ-nin Ermənistandakı missiyasının Rusiyanı Ermənistandan sıxışdırmaq məqsədi daşıdığını deməsi ilə bağlı iradlara cavab olaraq bildirib.

“Rusiyanın xarici işlər naziri öz imperialist xarici siyasətini durmadan davam etdirir, Kremlin təbliğatını aparır.  Bölgədə ağır zirehli texnika ilə silahlanmış rus qoşunları var və biz onlardan fərqli olaraq burada mülki missiyadayıq”, – deyə deputat qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki