“Qarabağ demək daha doğrudur” – Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın dəstəklədiyi “DQR/Artsax” qrupunun üzvlərinin məhkəmə prosesi ilə bağlı narahatlığını dilə gətirərkən bildirib.
“Şərh etmək üçün heç nə yoxdur. Bu, kədərlidir. Ümid edirik ki, məhkəmədən sonra bu insanların geri qaytarılması və azad edilməsi məsələsini müzakirə etmək imkanı olacaq.Qarabağ Azərbaycandır “, – parlament spikeri Alen Simonyan bildirib.
Eyni zamanda, Ermənistan mediasının yazdığına görə, o, keçmiş separatçılar haqda tənqidlərə cavab verməkdən qəti şəkildə imtina edib və bildirib ki, “onlar müdaxilə etməyib sussalar, daha yaxşı olardı”.
“Artsax yox, Qarabağ demək daha düzgün olardı”, – Simonyan qeyd edib.