Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri Vardan Arutyunyan saxlanılıb. Bu barədə məlumatı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.
Agentliyin verdiyi məlumata görə, Arutyunyan qanunsuz sahibkarlıq fəaliyyəti, rəqabətə maneçilik və çirkli pulların yuyulmasında ittiham olunur.
Hazırda onun həbsi ilə bağlı vəsatət Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılır.
Vardan Arutyunyan 2016-2018-ci illərdə vergi departamentinə rəhbərlik edib. O, bundan əvvəl “Qazprom Ermənistan” şirkətində baş direktor vəzifəsində çalışıb.