Türkiyə Radio və Televiziya Qurumu – TRT Müdafiə Sənayesi İcraiyyə Komitəsində ilk dəfə səslənən və Hərbi Elektron Sənayesi – ASELSAN tərəfindən hazırlanan “Polad günbəz”in (Çelik Kubbe) görüntüsü əldə edib.
Vətəninfo.az xəbər verir ki, Müdafiə Sənayesi İcraiyyə Komitəsinin paytaxt Ankarada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçirilib.
Prezident İqamətgahında olan görüşdə yerli milli silah sistemləri və texnologiyaları ilə bağlı məsələlər müzakirə olunub.
Toplantıda ilk dəfə səslənən və ASELSAN tərəfindən hazırlanan “Polad günbəz”nin görüntüsü TRT tərəfindən əldə edilib.
Sistem tam şəkildə tətbiq edildikdə milli “Polad günbəz” demək olar ki, istənilən yüksəklikdən Türkiyə hava məkanına daxil ola və hətta bütün təhlükələri aradan qaldıra biləcək.