Vətəninfo.az xəbər verir ki, 112 saylı Zaqatala seçki dairəsi üzrə Milli Məclisin deputatı Asif Əsgərov növbəti vətəndaş qəbulunu Zakatala rayon Əliabad qəsəbəsində keçirib.
Qəbul zamanı Əliabad qəsəbə sakinlərindən başqa ətraf kəndlərin vətəndaşları da iştirak etmiş və sakinləri narahat edən bəzi məsələlər müzakirə zamanı yerində həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə tərəfindən nəzarətə götürülüb.
Bundan başqa millət vəkili Asif Əsgərov qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə ərzaq yardımı edib.