Hindistanın Qucarat əyalətində nadir Asiya aslanları üç gündə iki uşağı öldürüb. Vətəninfo.az The Times of India-ya istinadən xəbər verir ki, hadisə Gir Meşəsi Milli Parkının yerləşdiyi Gir Somnath rayonunda baş verib.
26 noyabr çərşənbə günü, dişi Asiya aslanı iki yaşlı Aadhya Makwana adlı qıza hücum edib. Uşaq səhər saat 10 radələrində evinin eyvanında oynayarkən, yırtıcı aslan peyda olub. Uşağın anası isə qabları yuyan zaman aslanı qovmağa çalışıb, lakin buna nail ola bilməyib. Dişi aslan qızı tutaraq cəngəlliyə sürükləyib.
Bu faciəvi hadisə Hindistanda geniş müzakirələrə səbəb olub. Yırtıcıların insanların yaşayış sahələrinə yaxınlaşması və bu cür hücumların artması, yerli sakinlər arasında narahatlıq yaradıb. Hökumət və yerli vəhşi təbiət mühafizəsi orqanları, belə halların qarşısını almaq üçün əlavə tədbirlər görməyi planlaşdırır.


























