image-1backend

Asiya Qərbdən asılılığını azaldır- Bloomberg

image-reklam_sirab_01

Asiya ölkələri Qərbdən daha az asılıdır və daha çox öz iqtisadi maraqlarını Çin və ya Rusiya ilə əlaqələndirirlər. Vətəninfo.az xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg agentliyi məlumat verib.

Belə bir dönüşə misal olaraq Bloomberg Malayziyanın baş naziri Ənvər İbrahimin ölkəsinin BRİKS-ə qoşulmaq istədiyi barədə bu yaxınlarda verdiyi açıqlamanı göstərib. Qeyd olunub ki, assosiasiya Asiya maliyyə böhranı zamanı regionun bəzi ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərən sərt tədbirləri ilə diqqət çəkən “Qərb idarəçiliyi altında olan qurumlara, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna” alternativə çevrilib.

Daha əvvəl Bloomberg agentliyi yazmışdı ki, BRİKS-in genişlənməsi ittifaqı Yeddilik Qrupuna (G7) əks çəki kimi gücləndirəcək. Dövri nəşrin qeyd etdiyi kimi, qrupun iştirakçıları beynəlxalq aləmdə “ABŞ hegemonluğu”na qarşı çıxırlar və üzvlərin sayının artması hesabına “Böyük yeddilik”lə daha uğurlu mübarizə apara bilirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki