image-1backend

“Aspera” klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma

image-reklam_sirab_01

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

Xalq.azın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb.  Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

media-aspera

 

“Aspera” klinikasında tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə  kosmetoloq dr.fidansadıqova adı ilə reklam edən Fidan Sadıqovadır.   media-002

Araşdırmalarımız nəticəsində kosmetoloq Fidan Sadıqova Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin  sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur.

media-006

Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik  olmadan fəaliyyət göstərir.

İddialara görə özünü həkim kimi təqdim edən Fidan Sadıqova  tibbi prosedurları  həyata keçirərək qanunvericiliyimizi heçə sayır. Həmçinin kosmetoloq  kursu açaraq  bununla bağlı sertifikat verir.

media-008

Dr. Fidan Sadıqova  müştərilərinə dolğu və plazma terapiya həyata keçirir.

Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.

media-003

Fidan Sadıqova necə tibbi təhsil olmadan bütün kosmetoloji prosedurlarıhəyata keçirir  hətta tibbi sertifakat verir?

Bu məsələ ilə bağlı  “Aspera” klinkası ilə əlaqə yaratdıq lakin suallarımıza cavab verilmədi.  Fidan Qasımova isə  açıqlamasında bildirib ki, 5 ildir işləyir və bu suallara cavab vermək istəmirəm deyə dəstəyi asdı. Məsələ ilə bağlı Fidan Qasımovanın nişanlısı əlaqə saxlayıb bildirid ki,  tibbi təhsil alır 2 kursda oxuyur, amma daha kosmetoloji dərslər və sertifkat vermir.

media-004

 

 Lakin araşdırmalarımız zamanı məlum olmuşdur ki, kosmetoloq kursu elanları sosial hesablarında paylaşılır.

Qeyd edək ki hüquq-mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.

Xalq.az-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və  digər рrоsеdurlar  aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

media-009


Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Fidan Qasımova haqqında  Analitik Ekspertiza Mərkəzinə  müraciət olunub.

Araşdırmalarımız davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image