Qazaxıstanın paytaxtı Astanada “Yeddi çəllək” yaşayış kompleksində güclü yanğın baş verib. Əvvəlcə 6-16-cı mərtəbələrdə binanın xarici üzlüklərinin izolyasiya materialları yanıb, daha sonra alov eyvanlara keçib. Vətəninfo.az xəbər verir ki, məlumatı Sputnik Qazaxıstan yayıb.
Yanğının sahəsi təxminən 250 kvadratmetr olub.
Yanğının söndürülməsinə 45 yanğınsöndürən və 13 texnika cəlb olunub.
100-dən çox insan binanı özbaşına tərk edib, daha 15 sakin isə təxliyə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb.