image-1backend

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

image-reklam_sirab_01

Belarus rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olub.

“Belarus Respublikasının ŞƏT-ə tamhüquqlu üzvlüyü ilə bağlı qərar qəbul edilib”, – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə axşamı günü Astanada keçirilən ŞƏT sammitində deyib.

Beləliklə, ŞƏT-in tərkibi 10 üzvə qədər genişlənib və belədir: Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan.

Daha iki dövlət müşahidəçi statusuna malikdir – Əfqanıstan və Monqolustan.

Qeyd edək ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, habelə ŞƏT-in Baş katibi və regional antiterror strukturunun icraçı direktoru iştirak edirlər.

Tədbirin qonaqları arasında BMT-nin Baş katibi və müxtəlif beynəlxalq təşkilatların rəhbərləri də var.

ŞƏT-in Zirvə toplantısı ilk dəfədir ki, “ŞƏT-ə üzv Dövlətlərin Başçıları Şurasının iclası” və “ŞƏT+” formatında keçirilir.

ŞƏT-ə üzv Dövlətlərin Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında” və “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüsləri təsdiq ediləcək.

Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə kömək edəcək geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.

“ŞƏT+” iclası “Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi” mövzusunda geniş tərkibdə baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki