image-polsabackend

ATƏT-in POLŞALI sədri HƏDDİNİ aşdı

image-reklam_sirab_01

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) hazırda sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau  Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə  bir sıra yerli televiziya nümayəndələri ilə keçirdiyi görüşlə bağlı açıqlama verib.

Veteninfo.az xəbər verir ki, Zbiqnev Rau   erməni mediasına açıqlamasında bildirib ki, ATƏT-ə sədrlik edən Polşa Azərbaycan prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilməz.: Biz ATƏT-in Minsk Qrupunun, onun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin işinə tam dəstəyimizi və minnətdarlığımızı bir daha təsdiqləyirik”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev müsahibə zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ  münaqişəsinin həll olunduğu üçün həmsədrlər onunla məşğul olmamalıdırlar  deyə bəyan etmişdi :“Biz onlar üçün bu problemi həll etdik.Əgər münaqişə tərəflərindən biri məsələnin həll olunduğunu deyirsə, deməli, “vasitəçilik üçün başqa yer yoxdur”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən 30 il işğalda olan torpaqlarını  44 günlük genişmiqyaslı müharibə ilə azad etməsi,ATƏT-in  Minsk qrupunun 30 illik yaratmaz fəaliyyətinə bir cavab olaraq da görünməlidir. Rəsmi Bakı bütün beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanın öz ərazi bütövlüyünü həll etdiyini anlaması deyəsən çox çəkəcək.

İstər,ATƏT-in Minsk qrupu olsun,istərsə də digər beynəlxalq təşkilatlar,eyni zamanda Ermənistan anlamalıdırlar ki, Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Görünür, polşanın baş diplomatı da digər sələfləri kimi,bunu anlaması üçün hələ çox çalışmalı olacaq.

Zərri

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki