Avqust ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 52% artıb.
Bu barədə ölkənin Statistika İnstitutunun (TürkStat) hesabatında deyilir.
Artım tempi ardıcıl üçüncü aydır ki, yavaşlayır. İyulda inflyasiya 61,8% təşkil edib.
Avqust ayı qiymət artımı ötən ilin iyulundan bəri ən aşağı göstəricidir.
Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla qiymətlərin 52,2% artacağını gözləyirlər.
Ötən ay ərzaq və alkoqolsuz içkilər 44,9 faiz (iyulda 58,9 faiz), nəqliyyat xidmətləri 29 faiz (46,1 faiz) bahalaşıb.
Bununla yanaşı, kommunal xərclərin artım tempi iyulda 98,5%-dən 101,5%-ə yüksəlib.
Ərzaq, enerji, alkoqol, tütün və qızıl xərclərini nəzərə almayan baza inflyasiyası keçən ay illik hesablanmış 51,6% təşkil edib ki, bu da 2023-cü ilin iyun ayından bəri ən aşağı göstəricidir. İyulda bu, 60,2% təşkil edib.