image-reklam-veteninfo
image-1backend

Avropa Bakı və İrəvan arasında yenə vasitəçi olmaq istəyir

image-reklam-veteninfo

Aİ bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasında, eləcə də nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafında yaxın tərəfdaş rolunu oynayacaq.

Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Aİ nümayəndə heyətinə rəhbərlik etdiyim Azərbaycana səfərə görə azərbaycanlı tərəfdaşlara minnətdaram. Aİ-nin normallaşmanın bütün aspektləri, o cümlədən nəqliyyat kommunikasiyalarının inkişafı üçün dəstəyi gücləndirməyə hazır olduğu mesajını çatdırdım”, – o qeyd edib.

Qronno bildirib ki, o, Naxçıvana da səfər edib və Aİ ilə mümkün əməkdaşlıq üçün yerli nəqliyyat infrastrukturu ilə tanış olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki