image-reklam-veteninfo
image-1backend

Avropa çətin sınaq qarşısında: qazın qiyməti min kubmetr üçün 1000 dolları keçdi

image-reklam-veteninfo

Avropa qazının qiyməti 2022-ci ildən bəri ilk dəfə 1000 dolları keçib.
Ticarət zamanı Avropa birjasında qazın qiyməti 1000 kubmetr üçün 1000 dollardan yuxarı qalxıb.

London ICE birjasının məlumatlarına görə, yanacaq qiymətinin 22 dekabr 2022-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatmasıdır.

Hollandiyanın TTF mərkəzi Avropa bazarı üçün əsas etalon olaraq qalır. Oktyabr ayı fyuçers müqaviləsi ticarət zamanı 1000 kubmetr üçün təxminən 1004 dollara yüksəlib.

Enerji vahidlərinə çevrildikdə, oktyabr müqaviləsi MVt/saat üçün 84,07 avroya çatıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki