image-reklam-veteninfo
image-1backend

Avropa Ermənistanın müdafiə və təhlükəsizliyindən niyə narahatdır?

image-reklam-veteninfo

Brüsselə işgüzar səfərdə olan Ermənistan Respublikası xarici işlər nazirinin müavini Robert Abisoqomonyan Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skuq ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, tərəflər Ermənistan və Avropa İttifaqı arasında müəyyən edilmiş iddialı gündəm barədə fikir mübadiləsi aparıb və dinamik inkişaf edən tərəfdaşlığın vacibliyini vurğulayıblar.

Onlar həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və onun dərinləşdirilməsi yollarına toxunublar. “Ermənistan-AB sektor əməkdaşlığının perspektivləri, o cümlədən müdafiə və təhlükəsizlik, eləcə də hibrid təhdidlərlə bağlı məsələlərdə qarşılıqlı fəaliyyət müzakirə edilib”, – deyə ER Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki