image-1backend

Avropa İttifaqı gürcü diplomatların vizasını ləğv etdi

image-reklam_sirab_01

Avropa İttifaqının 27 ölkəsinin daimi nümayəndələri cümə günü keçirilən iclasda gürcü diplomatları üçün vizasız rejimin dayandırılması qərarını təsdiqləyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a icma ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətinin mənbəsi məlumat verib.

“Bəli, daimi nümayəndələr bu gün səhər saatlarında Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması qərarı ilə bağlı razılığa gəliblər.

Diplomatın sözlərinə görə, bu qərar indi Aİ Şurası tərəfindən rəsmən təsdiqlənməlidir və bu, yanvarın 27-də 27 icma ölkəsinin xarici işlər nazirlərinin görüşündə edilə bilər.

Dekabrın 20-də Avropa Komissiyası rəsmi olaraq Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimə son qoymağı təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image